Sabirabad və Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Ulacalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Şəmkir rayonu, Çaylı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.