3 Aprel 2017 15:12
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı hədə-qorxu gələn Fəqan Nəcəfov və Orxan Sultanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Fəqan Nəcəfov və Orxan Sultanlının hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəqan Nəcəfov və Orxan Sultanlı tutulub. Onlar paytaxt sakini Əfsanə Abbasovaya hədə-qorxu gələrək, onun 700 ABŞ dollarını alıb.

Məlum olub ki, zərərçəkmiş təqsirləndirilən şəxslərə lüt şəkilini göndərib və sonradan bu şəkillə onu şantaj ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər