3 Aprel 2017 17:41
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Akif Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Akif Niftəliyev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onun barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza təyin olunub.

Məhkəmə həbs qətimkan tədbirini ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.


İttihama görə, Akif Niftəliyev Bakı sakininin etibarından sui-istifadə edərək, onu aldadıb. O, zərərçəkmişin 100 baş qoyununu dələduzluqla ələ keçirib və zərərçəkmişə ümumilikdə 15 min manatlıq ziyan vurub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər