Bakının Suraxanı rayonunda qətl hadisəsi törədilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Faiq İsmayilov yaşadığı həyət evində bıçaqlanaraq öldürülüb. Onun kimin tərəfindən və hansı səbəbdən öldürüldüyü məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görürlər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov