Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesə Bayram Vəliyev yenə də xəstəliyi ilə bağlı gətirilməyib. Hakim belə vəziyyətdə porsesin davam etdirilməsinin mümkün olmadğını bildirib.
Bu zaman Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev hakimə etiraz edib: "Nə vaxta qədər prosesi təxirə düşəcək? Bir arayış verin, bunun səbəbini bilək. Burda digər təqsirləndirilən şəxslər də gəlib gedirlər. Onların hüquqları pozulur. Əziyyət çəkirlər. Xahiş edirəm, münasibət bildirəsiz".
Hakim qısa cavab verib: "Bayram Vəliyev nə vaxt gələcək, o zaman proses baş tutacaq".
Məhkəmə prosesi aprelin 19-a qədər təxirə salınıb.
Hacı Zeynalov