Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Heydər Piriyev 3 il azadlıqdan məhrum edilib. Seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, Heydər Piriyev ötən ilin sentyabrın 9-da Xəzər rayonu, Qala qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. O, evinin həyatyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib. Əməliyyat zamanı 25 ədəd cətənə kolu aşkar edilib.
Hacı Zeynalov