12 May 2017 09:20
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonu ərazisində döyülmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Heydər parkı yaxınlığında dilənçiliklə məşğul olan 2001-ci il təvəllüdlü Salmanov Sabir Qəhrəman oğlu bir qrup şəxs tərəfindən döyülərək xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Zərərçəkmiş ilkin ifadə zamanı bildirib ki, o, park yaxınlığında fəaliyyət göstərən kafenin 6 əməkdaşı tərəfindən döyülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər