Teleqraf.com xəbər verir ki, aprelin 29-da Bakı şəhər sakini İmran Muradov Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət edib.
O, bildirib ki, həmin gün Buzovna qəsəbəsindəki evində fəhlə işləyən Şamaxı rayon sakini Vüqar Atakişiyev onun mobil telefonunu oğurlayıb, həmçinin evinin qarşısında saxladığı "KİA" markalı avtomobili qaçırıb.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobil aprelin 30-da Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində tapılıb.
Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi və Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini Vüqar Atakişiyev Sabirabad rayonu ərazisində tutulub.
Hacı Zeynalov