3 İyul 2017 13:14
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Nadir Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, Nadir Babayev ruhi xəstədir.

Məhkəmə baxışı iyulun 10-na təyin edilib.

İttihama görə, Nadir Babayev ATV teleradio şirkətinə bomba qoyulması barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Məlumatla bağlı ATV-də axtarış aparılıb və məlumat təsdiqini tapmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Nadir Babayevin barəsində cinayət işi başlanıb.

Onun barəsində başqa yerə getməmək vardı qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər