4 İyul 2017 15:10
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda 8 vətəndaşa ziyan vuran şəxs həbs edilib.

Teleqtraf.com xəbər verir ki, iyulun 1-də və 2-də rayon ərazisində vətəndaşlara məxsus 8 velosipedin oğurlanması barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə şikayət edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Səbuhi Mirzəyev tutulub.

Səbuhi Mirzəyevin əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov