Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən “Opera” çay evində iki müştəri arasında yaranan mübahisə sonda qanlı olayla nəticələnib.
Hadisə zamanı 42 yaşlı Teymur Paşayev bıçaqlanıb. O, xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.