22 İyul 2014 15:53
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əfqan Fərman oğlu Almazzadənin yanına qısamüddətli görüşə gəlmiş atası Fərman Abdalim oğlu Almaz-zadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd BlackBerry” markalı mobil telefon aparatı, elektrik qidalandırıcısı, batareya və elektrik naqili aşkar edilib.
Əfqan Almazzadə Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum olunub.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər