Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, 3-cü mikrorayon bazarının yaxınlığında 1983-cü il təvəllüdlü Elvin Əzizov iki nəfərlə mübahisə edib.
Pul borcu üstündə yaranan mübahisə zamanı Elvin Əzizov bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi başlanıb.