27 İyul 2014 16:29
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvanda qətli törədən şəxs polis tərəfindən həbs edilib.

Şirvan prokurorluğundan verilən məlumata görə, iyulun 26-da Şirvan sakini, 1991-ci il təvəllüdlü Mehrabov Qismət Bəxtiyar oğlunu bıçaqlayaraq hadisə yerindən qaçan Şirvan sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Xəlilov Mirqalib Mirsahib oğlu gecə saatlarında polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, iyulun 26-da günorta saatlarında şəxsi münaqişə zəminində mədə hissəsindən bıçaq yarası alan Qismət Mehrabov Şirvan şəhər xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin axşam saatlarında xəstənin vəziyyəti qəfildən pisləşib və reanimasiya şöbəsində dünyasını dəyişib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./apa/


Müəllif:

Oxşar xəbərlər