17 Dekabr 2017 20:49
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda baş verən oğurluq hadisələrinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsini 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Baqautdinov saxlanılıb.

Onun cari il sentyabr ayından dekabrın 11-dək olan müddətdə rayon ərazisində 3 evdən, telefon qovşağından və 1 kafedən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər