10 Yanvar 2018 20:38
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıxanov qəsəbəsində 1978-ci il təvəllüdlü Yusif Hüseynov bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Yusif Hüseynov gecə saatlarında işdən evə gedən zaman naməlum şəxslə mübahisə edib. Onların arasında mübahisə qanlı cinayətlə nəticələnib.

Naməlum şəxs Yusif Hüseynova iki bıçaq zərbəsi vurub, hadisə yerindən qaçıb. Hazırda polis cinayəti törədən şəxsin tutulması üçün əməliyyat tədbirləri görür.


Müəllif: Hacı Zeynalov