29 Yanvar 2018 15:45
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov barəsində çıxarılan hökmdən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Əmir Bayramovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası fevralın 6-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Əziz Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Ötən il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər