Sabunçu rayonunun Ramana qəsəbəsində 41 yaşlı Niyaməddin Nağıyev bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Niyaməddin Nağıyevi mübahisə zəminində xalası oğlu Nadir Mehdiyev bıçaqlayıb. O, həbs edilib.
Məlumata görə, xala oğlanları arasında dava pul borcu üstündə baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.