27 İyul 2018 16:00
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində arvadını öldürməkdə təqsirli bilinən Seynur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses iyulun 3-də davam edəcək.

İttihama görə, hadisə Xıradalan şəhərində baş verib.

Bu ilin martın 22-də 29 yaşlı Türkanə Məmmədcanova evdə həyat yoldaşı, 40 yaşlı Seynur Abbasovla mübahisə edib.

Qısqanclıq nəticəsində yaranan mübahisə zamanı Seynur Abbasov Türkanə Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub.

Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.

Həyat yoldaşını öldürən Seynur Abbasov bıçaqla özünə də xəsarət yetirib. O, polis nəzarətində xəstəxanaya çatdırılıb. Həkimlər yaralının həyati təhlükəsini aradan qaldırıblar.

İstintaq orqanı tərəfindən Seynur Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər