19 Avqust 2014 11:12
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidməti əsgər ölümü ilə bağlı rəsmi məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Penitensiar xidmətin mühafizə alayının əsgəri, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü, sıravi Təhməzli Fərid Aslan oğlu avqustun 18-də, saat 19:20 radələrində xidmət etdiyi postda ona təhkim olunmuş silahdan özü tərəfindən açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər