8 Sentyabr 2018 11:47
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dostunu bıçaqlamaqda təqsirli bilinən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Vüsal İbrahimov 1 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il oktyabrın 28-də Xətai rayonu NZS qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan Vüsal İbrahimov dostu Pərviz Cəfərovun kürəyindən bir bıçaq zərbəsi vuraraq sağlamlığına ağır zərbə vurub.

Xəstəxanaya çatdırılan Pərviz Cəfərovun həyatını xilas etmək mümkün olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər