Daxili işlər orqanlarının əməkdaşları silah-sursatların aşkar olunması istiqamətində əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ-BM” markalı nömrəsi silinmiş tüfəng və 1 ədəd patron götürülüb.
Daha bir əməliyyat Lənkəranda keçirilib.
Rayonun Cil kənd sakini Tarıverdi Məmmədovdan 1 ədəd “TOZ-66” markalı tüfəng, 1 ədəd patron, 5 ədəd boş giliz və 1 ədəd patron yığmaq üçün kəmər götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.