Şəki şəhərində kafelərdən birindən oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisindəki kafelərin birindən 198 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Əsgərov saxlanılıb.