Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
İlqar Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İlqar Əliyev ötən il Bakıda tanış olduğu, bir müddət birlikdə yeyib-içdiyi Mirəli Seyidovu qətlə yetirib.
Spirtli içki içdikdən sonra hər iki şəxs arasında mübahisə yaranıb.
Əlbəyaxa davadan sonra İlqar Əliyev üzərində olan bıçaqla Mirəli Seyidova bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
İstintaq orqani tərəfindən İlqar Əliyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham elan edilib.