5 Fevral 2019 11:11
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabeli oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar.

Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər