8 İyun 2019 14:00
1 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadını şantaj etməkdə təqsirli bilinən Emin Quliyevin barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, paytaxt sakini Emin Quliyev sosial şəbəkələrdən birində qadın profili açıb.

O, həmin profillə xüsusi ilə qadınlarla danışıb, onlar haqqında şəxsi məlumatlar toplayıb.

Bundan sonra qadınları şantaj etməyə başlayıb.

Emin Quliyevin toruna cəmi bir qadın düşə bilib. O, Samirə Babayevanın (ad və soyad şərti verilib – red.) fotolarını sosial şəbəkədə paylaşmaqla onu şantaj edib və pul tələb edib.

Samirə Babayeva Emin Quliyevin əməlindən hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Emin Quliyev həbs edilib.

İstintaq orqanı tərəfindən Emin Quliyevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Emin Quliyevin barəsində toplanan cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Babək Pənahovun icraatına verilib.

Cinayət işi üzrə araşdırma qapalı məhkəmə iclasında başlanıb. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş də ifadəsində Emin Quliyev tərəfindən şantaj olunduğunu deyib.

Növbəti proses iyunun 12-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər