11 Sentyabr 2014 17:29
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda 11 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Saatlı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, yol qəzası sentyabrın 1-də qeydə alınıb. Saatlı rayonunda rayon sakini Nadir İmanovun və Bakı şəhər sakini Məmməd Şadlinskinin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.
Xəstəxanaya yerləşdirilmiş N.İmanovun sərnişini, Saatlı şəhər sakini Sərraf Ağayev bu gün dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: