Kolumbiyada yol polisi tabut aparan avtomobildən şübhələndiyi üçün maşında yoxlama aparmağa qərar verib.
Tabutun yoxlanılması zamanı bəlli olub ki, onun içində cəsəd deyil, 300 kiloqram marixuana daşınır.
Teleqraf.com xəbər verir ki, narkotik alverçiləri bu qəribə və ağlasığmaz cəhdi Santander bölgəsində edib.
Polis rəsisi F.Ospina deyib ki, tabutda cəsəd deyil, narkotik maddə aşkarlandıqdan sonra sürücü həbs edilib.
Qeyd edək ki, Kolumbiya hökuməti ölkədə narkotik artımına qarşı ABŞ tərəfindən dəstəklənən proqram həyata keçirir.
2017-ci ildə Kolumbiyada 900 tondan çox kokain istehsal edildiyi bəllidir.