19 Yanvar 2020 21:39
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda yanacaqdoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Gəncə regional qrupundan verilən məlumata görə, yanvar 18-də Tovuz rayon Qovlar şəhər sakini Röyal Əhmədov DİN-in “102” Zəng mərkəzi xidmətinə müraciət edərək işlədiyi Qovlar şəhər ərazisindəki yanacaqdoldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə vuraraq məntəqəyə məxsus pulu götürməsi barədə məlumat verib.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R. Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsinin törədilməsini təşkil edib.

Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləri Hüseyn Cəfərov və Vüsal Quliyev köməklik göstərib. Hər üç şəxs saxlanılaraq RPŞ-yə gətirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com