25 Sentyabr 2014 14:42
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda avtomobil oğurluğu edənlər həbs edilib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 24-nə keçən gecə Abşeron rayonunun Nübar qəsəbəsində oğurluq hadisəsi baş verib. Qəsəbə sakini Elçin Məmmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şəki rayonu ərazisində saxlanılıb. Sürücü - Bakı şəhər sakini Əşrəfəli Mürşüdov və sərnişin - Abşeron rayon sakini İbrahim İsmayılov araşdırma aparılması üçün rayon Polis idarəsinə təhvil veriliblər.

Hər iki şəxsin dost olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: