2 Aprel 2020 14:55
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda qohumuna xəsarət yetirməkdə ittiham olunan Mahirə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Gədəbəy rayonunun Samanlıq kəndində Mahirə Vəliyevanın qohumu olan həmkəndlisi Könül Vəliyeva bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən təbii yerdən çıxan bulağın suyundan öz evinə su çəkmək istədiyini görüb.

Mahirə Vəliyeva ona su çəkməyə imkan verməyərək, bulağın ona məxsus olduğunu bildirib. Onların arasında mübahisə yaranıb. Mahirə əlindəki ağacla Könül Vəliyevanın başından vuraraq, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Mahirə Vəliyevanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Gıədəbəy rayon Məhkəməsinin hökmü ilə Mahirə Vəliyeva 1000 manat miqdarında cərimə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Mahirə Vəliyeva apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Mahirə Vəliyevanın şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçin Xasməmməsdovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Mahirə Vəliyevanın şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov