15 May 2020 14:32
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda marketin gözətçisinə qarşı quldurluq etməkdə ittiham olunan Cavanşir Qulamovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əlövsəd Abbasovun icraatına verilib.

Yaxın günlərdə cinayət işi üzrə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin yanvarın 6-da, gecə saat 1 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini Rüstəm Ağalarov döyüb, obyektdən 7500 manat pul götürərək hadisə yerini tərk edib.

Polisin keçirdiyi əməliyyat nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Cinayət işi üzrə marketin gözətçisi Rüstəm Ağalarov və marketin sahibi Elçin Əsədov zərərçəkmiş qismində tanınıb.

İstintaq orqanı tərəfindən Cavanşir Qulamovun barəsində Cinayət Məcəlləsinin 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər