4 Oktyabr 2014 14:42
1 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda silsilə oğurluqlar etmiş Gürcüstan vətəndaşı Yaşar Qayıbov tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Yaşar Qayıbov tutulub.

Y.Qayıbovun Bakı şəhər sakinləri S.Adıgözəlovanın, A.Kabıyevin, M.Əliyevin, X.Süleymanovanın, A.Kərimovanın, S.Tağıyevin, N.Ağayevin və R.İbrahimovun evlərindən pul, qızıl məişət, geyım əşyaları oğurlayıb, habelə H.Mustafayevin evindən oğurluğa cəhd göstərib.

Qeyd edək ki, Y.Qayıbov əvvəllər məhkumluq həyatı yaşayıb.

Onun digər oxşar hadisələrdə də əlinin olub-olmadığı araşdırılır.


Müəllif: