4 İyul 2020 00:09
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Dmanisi rayonunda qətl törədilib

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, 38 yaşlı şəxs 2000-ci il təvəllüdlü tanışı ilə mübahisə zamanı onu bıçaqla yaralayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxsin Azərbaycan vətəndaşı olduğu bildirilir. O, qətldən dərhal sonra “isti izlər”lə saxlanılıb.
Polis soyuq silahı maddi sübut kimi müsadirə edib. Saxlanılan şəxs günahını etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 7 ildən 10 ilədək həbs cəzası gözləyir.


Müəllif: Teleqraf.com