Bakıda karantini pozan daha kafe aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, iyunun 7-də, saat 22.30-da Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri reydlər nəticəsində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Qarabağ” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edilərək ümumilikdə 10 nəfər şəxs saxlanılıb.
Belə ki, kafenin icarədarı Şuşa şəhər sakini, 1967-ci il təvəllüdlü Sərvət Mürsəlov və digərləri saxlanılaraq 12-ci polis şöbəsinə gətirilib, video çəkilişlər aparılıb.
S.Mürsəlovun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.
12-ci polis şöbəsinə gətirilən digər 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1 800 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.