13 İyul 2020 08:05
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da “Lil Marlo” təxəllüsü ilə tanınan reper Rudolf Conson Atlanta ştatında qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, polisə şəhər mərkəzindəki magistral yolda baş verən yol qəzası barədə məlumat daxil olub. Hadisə yerinə gələn asayiş keşikçiləri 30 yaşlı repçinin cəsədini aşkar ediblər.

İstintaq hesab edir ki, Rudolf Conson avtomobili idarə edərkən silahla vurulub.

Hadisənin səbəbləri hələ məlum deyil.


Müəllif: Teleqraf.com