Gürcüstan vətəndaşı Samir Orucovun şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu saxtalaşdırması və istifadə etməsi müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Samir Orucovun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu saxtalaşdırması və istifadə etməsi müəyyən edilib.
Samir Orucov barəsində Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov