Siyəzən rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 14-də Siyəzən rayonunda rayon sakini Elvin Zahidov “Taxta körpü” su kanalına yıxılıb.
Qeyd edək ki, 2003-cü il təvəllüdlü Elvin Famil oğlu Vahidov göbələk yığmaq üçün Samur-Abşeron kanalının kənarına gedib. Uşaq kanalın Siyəzən rayonu ərazisindən keçən hissəsində suya yıxılıb.
Hacı Zeynalov