Rusiyada süd vəzisi xərçənginə diqqət çəkmək üçün həyata keçirilən kampaniya son 24 saatda 500-dən çox yol qəzasına səbəb olub.
Teleqraf.com Rusiya mətbuatına istiandən xəbər verir ki, Moskvada 30 yük maşını süd vəzisi xərçənginə diqqət çəkmək məqsədi ilə hazırlanan afişalarla yola çıxıb.
“Onlar Cəlb edir” şüarı ilə hazırlanan afişaların sürücülərin marağını çəkməsi səbəbindən yollarda böyük xaos yaranıb. Son 24 saat ərzində bölgədə 517 yol qəzası qeydə alınıb.
Kampaniyanın ideya rəhbəri olan “Sarafan Reklam Agentliyi sürücülərə lazımlı ödənişlərin ediləcəyini bildirib.
Agentlik yalnız diqqəti cəlb etmək istədiklərini söyləyərək, yollarda baş vermiş xaosa görə üzr istəyib.
Rüstəm