17 Oktyabr 2014 14:01
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yol qəzaları nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Məlumata görə, ən ağır qəza Binəqədi rayonunun Cavadxan küçəsində qeydə alınıb. Bakı şəhər sakini Rəşad Kərimovun idarə etdiyi “Grand Cherokee” və Sumqayıt şəhər sakini Sevil Abbasovanın idarə etdiyi “Lifan” markalı avtomobillər toqquşub. S.Abbasova hadisə yerində ölüb, 2 sərnişini, habelə R.Kərimov xəstəxanaya yerləşdiriliblər.

Daha bir yol qəzası Abşeron rayonunun Qobustan kəndində qeydə alınıb. Kənd sakini Rövzət Məhərrəmov idarə etdiyi “JAC HK 6738 K” markalı avtobusla yolu keçən həmkəndlisi Əlyaqub Əhmədovu vurub və piyada hadisə yerində ölüb.

Oktyabrın 16-da saat 14 radələrində Cəlilabad rayonunun Alar kəndində rayon sakini Xazayır Şəmmədovun idarə etdiyi “QAZ-3110” və Laçın rayon sakini Rafiq İbrahimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub, X.Şəmmədov hadisə yerində ölüb.

Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Nizami Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 20-25 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb. Sabunçu rayonunda daha bir yol qəzası baş verib. Kürdəxanı qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Kamal Abbasov vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

Oktyabrın 11-də Xətai rayonunun R.Məmmədov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İlqarə Hacıyeva vurulub. İ.Hacıyeva oktyabrın 16-da xəstəxanaya müraciət edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər