27 Noyabr 2020 20:57
4 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Volqoqradda valideynlərin “Viber” sosial şəbəkəsində dava salaraq yerli sakinin qətlinə səbəb olan erməni əsilli Anuş Melkonyan saxlanılıb.

Teleqraf.com xəbər verir ki, qadının əri Arman Melkonyan da həbs edilib.

Xatırladaq ki, oktyabrda Volqoqrad məktəblərindən birində valideynlərin “Viber” sosial şəbəkəsində Anuş Melkonyan digər valideyn Roman Qrebenyuk ilə mübahisə edəndən sonra əri Aram və qardaşı Arsenə şikayət edib. Onlar qisas almaq məqsədilə Roman Qrebenyuku təqib ediblər. Bank şöbəsində Qrebenyuku yaxalayan Arsen ona ölümcül zərbələr endirib. Həyat yoldaşının vəfatından sonra 12 yaşlı qızını tək böyüdən Roman Qrebenyuk aldığı xəsarətlərdən vəfat edib.

İstintaqın gedişində Arsen və Aram artıq həbs ediliblər. Noyabrın 27-də “Viber”də R.Qrebenyukun ünvanına “Elə bilirsən ölümsüzsən?” sözlərini yazdığına görə Anuş Melkomyan cinayətə təhrikçilikdə ittiham olunaraq saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər