Gəncə şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Teleqraf.com-un məlumatına görə, qəza şəhərin Nizami prospektində, Bayraq meydanının yaxınlığında baş verib. Göygöl rayon sakini 26 yaşlı Emil Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobillə, 22 yaşlı Reyhun Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “Niva”nın sürücüsü Emil Məmmədov, onun anası Həqiqət Ələsgərova və qohumları Nahidə Hüseynova yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Nahidə Hüseynovan xəstəxanada dünyasını dəyişib. Məlumata görə, “Niva”-da olanlar toydan gəlirmişlər.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır