30 Oktyabr 2014 13:45
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Məhəmməd Rufullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon sakini Məhəmməd Rufullayev yaşadığı evdə həyat yoldaşı Nuranəyə çoxsaylı bıçaq xəsarəti yetirib. O, arvadını öldüyünü zənn edərək daha sonra özünü bıçaqlayaraq intihar edib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərilib və həyatlarını xilas etmək mümkün olub.

Məhəmməd Rufullayevin barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Məhəmməd Rufullayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər