30 Oktyabr 2014 17:22
3 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə "Şakro Molodoy" adı ilə tanınan "qanuni oğru" Zaxari Kalaşov İspaniyadan Rusiyaya qayıdıb.

Teleqraf.com xəbər verir ki, Moskvanın "Domodedovo" hava limanında Rusiya polisi tərəfindən saxlanılan Kalaşovla prafilaktik söhbət aparılıb.

Bakıda doğulan 61 yaşlı "qanuni oğru" sovet dövründən kriminal aləmdə ad çıxarmağa başlayıb. Milliyyətcə yezidi kürdü olan "Şakro Molodoy" əvvəl sovet, sonra Rusiya məhkəməsi tərəfindən üç dəfə mühakimə olunub. 90-cı illərin əvvəllərində "rus mafiyasının kralı" Uslan Usoyan (Ded Xasan) və Vyaçislav İvankov (Yaponçik) ilə yaxınlıq etməyə başlayıb.

İkili (Gürcüstan və Rusiya) vətəndaşlığı olan Kalaşov 90-cı illərin sonlarında həyatına edilən ardıcıl sui-qəsdlərdən sonra ölkəni tərk edərək İspaniyaya üz tutub.

2005-ci ildə İspaniya polisinin keçirdiyi əməliyyat nəticəsində 200-ə yaxın "qanuni oğru" həbs olunub. Amma Kalaşov həmin vaxt aradan çıxmağı bacarıb. Bir müddət sonra Dubayda həbs olunan kriminal avtoritet çirkli pulların yuyulması və kriminal qruplaşma yaratmaqda ittiham olunaraq 7.6 il həbs cəzası alıb və 20 milyon avro cərimə olunub.

Lakin Kalaşov 4 ildən sonra azadlığa çıxıb.

Uğur


Müəllif:

Oxşar xəbərlər