Moskva vilayətində “Toyota” markalı avtomobil səddi uçuraraq çoxmərtəbəli dayanacağın 4-cü mərtəbəsindən yerə düşüb, nəticədə 4 nəfər ölüb.
Teleqraf.com-un “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident Lübertsı şəhərinin “Viraj” dayanacaq kompleksində baş verib.
Məlumata görə, avtomobildə olan şəxslərdən 3-ü hadisə yerində, daha biri isə xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisənin təfərrüatları və başvermə səbəbləri araşdırılır