10 Noyabr 2021 12:23
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda ittiham olunan İbrahim Babaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqtraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsiorləndirilən şəxsə hökm oxunub.

İbrahim Babaşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İbrahim Babaşov Şahin Hüseynov və Emin Əsədova qarşı dələduzluq edib.

Belə ki, Şahin Hüseynov və Emin Əsədovun Dövlət Təhlükəsizliyi Xidmətində barələrində cinayət işi olub.

İbrahim Babaşov isə bu işə xitam verdirəcəyi vədi ilə adı çəkilən şəxslərdən pul alıb.

İbrahim Babaşov Şahin Hüseynovdan 49 700 manat, Emin Əsədovdan isə 10 min manat pul alıb. Lakin vədinə əməl etməyərək həmin şəxsləri aldadıb və aldığı vəsaiti şəxsi ehtiyaclarına xərcləyib.

Şahin və Emin ölkə ərazisinə idmançıların istifadə etdiyi dərmanları qanunsuz olaraq gətirməkdə, qaçaqmalçılıqda ittiham olunublar.

Istintaq orqanı tərəfindən İbrahim Babaşovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (vəzifəli şəxsə rüşvət vermə və ya təklif etmə, vəd etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər