17 Noyabr 2014 16:27
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisələrdən biri noyabrın 15-də Səbail rayonunda qeydə alınıb. Bakı şəhər sakini Nazilə Yedizarova evində üstünə isti su tökülüb. O, termiki yanıq xəsarəti ilə xəstəxanaya gətirilib və noyabrın 16-da orda dünyasını dəyişib.

Bundan başqa, noyabrın 12-də yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini Əziz Kərimov noyabrın 16-da orada ölüb. Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər