24 Noyabr 2014 12:43
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə qadına cinsi təcavüz edən türk avtobus sürücüsünə hökm oxunub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Londonun 134 nömrəli avtobus sürücüsü, türk mənşəli 44 yaşlı Murat Yılmazın marşrutun son dayanacağında üst mərtəbədə yatan qadına cinsi təcavüz etdiyi bildirilib.

Qadının şikayətindən sonra London polisi araşdırma aparıb. Avtobusdakı kamera görüntülərini izləyən polis sürücünü nəzarətə alıb.

Araşdırmalardan sonra polis Murat Yılmazı noyabrın 12-də Yaşıl Meşə Sülh Cəza Məhkəməsinə göndərib. Kamera görüntülərini izləyən məhkəmə heyəti, Murat Yılmaza 1 il həbs cəzası verib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər