Gəncədə sürücü iki piyadanı vurub.
Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Mircəlal Paşayev və 28 May küçələrinin kəsişməsində baş verib.
"VAZ 2106" markalı avtomobilin sürücüsü 42 yaşlı Quliyev Kamil Bəndər oğlu yolu keçmək istəyən Daşkəsən sakinləri Sevil Məmmədova (1957) və Şəhla Məmmədovanı (1981) vurub.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.