23 Noyabr 2022 11:30
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həcc ziyarəti zamanı tanış olduğu şəxsdən gömrükdən mal keçirmək adı ilə pul alaraq dələduzluq etməkdə təqsirləndirilən Hüseynağa Şahmarova hökm oxunub və o, 1 il müddətinə şərti azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, H.Şahmarov gömrük brokeri kimi fəaliyyət göstərib. O, Məkkədə Həcc ziyarətində olarkən tanış olduğu Ceyhun adlı şəxsdən 4 min manat pul alıb.

Belə ki, H.Şahmarov Bakı Baş Gömrük İdarəsində Ceyhuna məxsus 3 TIR mal olduğunu və idarədən buraxılmadığını öyrənib. Təqsirləndirilən şəxs Ceyhuna həmin malları gömrük yoxlanışından sürətli şəkildə keçirəcəyinə dair vəd verib. Daha sonra o, vədinə əməl etməyib.

İttihama görə, Ceyhun H.Şahmarova hər maşına görə 2 min manat pul verib.

Xatırladaq ki, H.Şahmarov Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Təzə Pir” məscidində imamın müavini işləyən Hacı Tahirin (Tahir Şahmarov) oğludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər